Rusiya hərbi bazası Ermənistanda qalacaq - Paşinyan AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsində yerləşən 102-ci Rusiya hərbi bazası çıxarılmayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan qeyd edibki, Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olması ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var və iqtisadi, siyasi əlaqələr mövcuddur.
O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir:
“Bu gün biz Rusiya ilə yeni əlaqələr qururuq. Qərarlıyıq ki, əməkdaşlığı inkişaf etdirək, lakin fakt budur ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir.”
16:05 26.02.2026
Oxunuş sayı: 615