Məşhur bloger vergidən yayındı
Rusiyada çirkli pulların yuyulmasında təqsirləndirilən bloger Hüseyn Həsənov özünü təqsirli bilmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vəkilinin məlumatına görə, Həsənov 2024-cü ildə 170 milyon rubl (təxminən 3,75 milyon manat) vergi borcunu ödəyib. Cərimələr və əlavə ödənişlərlə birlikdə onun ümumi ödəməsi təxminən 300 milyon rubl (6,6 milyon manat) təşkil edib.
Həsənovun müdafiəsi bildirir ki, bu ödənişlər onun qanuni öhdəliklərini yerinə yetirdiyini göstərir və təqsirli olduğunu qəbul etmir.

15:55 26.02.2026
Oxunuş sayı: 652