Cenevrədə danışıqların üçüncü raundu başlayıb
İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında dolayı nüvə danışıqlarının üçüncü raundu başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Entekhab” saytı məlumat yayıb.
Məlumata görə, danışıqlardan əvvəl İran tərəfi öz təkliflərini Omanın xarici işlər naziri vasitəsilə ABŞ nümayəndə heyətinə çatdırıb.
Vasitəçi qismində çıxış edən Bədr əl-Busaidi danışıqların keçiriləcəyi məkana gedərkən jurnalistlərin “Bugünkü danışıqlara ümid edirsinizmi?” sualını müsbət cavablandırıb.
Danışıqlara İran tərəfindən xarici işlər naziri Abbas Əraqçı, ABŞ tərəfindən isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof sədrlik edir.
Tərəflər arasında müzakirələrin əsas gündəliyini nüvə proqramı və mümkün razılaşma çərçivəsi təşkil edir.
14:24 26.02.2026
Oxunuş sayı: 437