Pezeşkian: ABŞ ilə danışıqlarda uğurlu perspektiv görürük
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan dolayı danışıqlara dair nikbin açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Pezeşkian Mazandaran əyalətinə səfəri zamanı iş adamları ilə görüşdə bildirib ki, Tehran xarici siyasət istiqamətində fəal iş aparır və qonşu ölkələrlə münasibətlər yaxşılaşıb.
Prezident əlavə edib ki, əgər danışıqlar uğurla nəticələnərsə, mövcud maneələrin aradan qaldırılması daha asan olacaq.
13:48 26.02.2026
Oxunuş sayı: 585