Ramazan ayının 9-cu gününün iftar-imsak vaxtları
Sabah, 27 fevral Ramazan ayının 9-cu günüdür.
Crossmedia.az xəbər verir ki, imsak vaxtı 05:53, iftar isə 18:43-ə təyin olunub.
İMSAK DUASI
İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına səbəb olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey arzu edənlərin istəyi!
İFTAR DUASI
İlahi, sənin üçün oruc tutdum, Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla!
Allah orucunuzu qəbul etsin!
20:42 26.02.2026
Oxunuş sayı: 6649