Ermənistanda su təchizatı ilə bağlı ciddi problem yaranıb
Ermənistan içməli və suvarma suyu baxımından özünü təmin edir.
Crossmedia.az Ermənistan mediayasına istinadən xəbər verir ki, bunu erməni eksperti Marat Qriqoryan deyib.
Onun sözlərinə görə, İrəvana axan suyun böyük hissəsi itirilir və əhaliyə çatmır. Suvarma sistemi ilə bağlı da ciddi problemlər mövcuddur və yüzlərlə hektar torpaq hazırda su çatışmazlığı səbəbindən becərilmir.
Qriqoryan vurğulayıb ki, bu sahədə çalışanların əksəriyyəti həvəskardır və nəticədə su təchizatında ciddi səmərəsizlik yaranır.
"Veolia Djur" şirkəti isə heç bir izahat vermədən ölkə daxilində su təchizatını məhdudlaşdırıb və yeni su təchizatı cədvəlinin bir sıra səbəblərdən qaynaqlandığını bildirib.
22:00 25.02.2026
Oxunuş sayı: 486