Zelenski elan etdi: Rusiyanın qara günləri başlayır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ərazisinə 1400 kilometr məsafəyə qədər dəqiq “Flamingo” raket zərbələri endirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, raketlərin sayı maliyyə və komponentlərdən asılı olaraq artırılacaq.
Zelenski qeyd edib ki, bəzi raketlər Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilsə də, əksəriyyəti hədəflərini dəqiq vurub və buraxılan bütün raketlər təyinat zonasına çatıb.
19:35 25.02.2026
Oxunuş sayı: 604