ABŞ milli təhlükəsizlik mövqeyini sərtləşdirir
Con Taun ABŞ-nin milli təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, prezident Donal Tramp ölkəni Amerikanın həyati əhəmiyyətli milli təhlükəsizlik maraqlarını müdafiə etməyə hazırlayır.
“Biz nüvə silahına malik İrana dözə bilmərik”, – deyə senator vurğulayıb.
Açıqlama Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı mövqeyinin sərt olaraq qaldığını göstərir və regionda mümkün geosiyasi gərginliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirir.
19:19 25.02.2026
Oxunuş sayı: 618