Xarici agent məhkəmədə CƏZALANDIRILDI
Rusiyada politoloq Sergey Markov “xarici agent” olduğunu könüllü olaraq etiraf etməkdən imtina etdiyi üçün 35 min rubl (təxminən 458 dollar) cərimələnib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, Markov reyestrə daxil edilməzdən əvvəl kimliyini açıqlamalı idi. O, məhkəməyə Rusiya Prezidenti Vladimir Putin portretli köynəkdə gəlsə də, imtinası cərimənin qüvvədə qalmasına mane olmayıb.
Markovun bu hərəkəti ölkədə “xarici agent” qanunvericiliyinə qarşı diqqət çəkən etiraz hesab olunur.
18:45 25.02.2026
Oxunuş sayı: 755