Trampın İran iddiaları ifşa edildi – Tehrandan şok açıqlama
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın İranın raket və nüvə proqramı, eləcə də yanvar ayında baş verən etirazlar zamanı itkilərlə bağlı açıqlamalarını təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəqayi X hesabında yazıb ki, onların İranın nüvə proqramı, ballistik raketləri və etirazlar zamanı qurbanların sayı ilə bağlı bütün açıqlamaları sadəcə böyük yalanın təkrarıdır.
Sözçü bildirib ki, bu iddialar ABŞ administrasiyası və onu dəstəkləyən “müharibə həvəskarları”, xüsusən də İsrail tərəfindən İran xalqına qarşı dezinformasiya kampaniyasına xidmət edir.
Bəqayi paylaşımının sonunda vurğulayıb:
“Heç kəs bu yalanlara aldanmamalıdır.”
17:40 25.02.2026
Oxunuş sayı: 662