Qazaxıstan Mansur Movlayevin Rusiyaya ekstradisiyasını dayandırdı
Qazaxıstan Ali Məhkəməsi çeçen fəal Mansur Movlayevin Rusiyaya ekstradisiyasını müvəqqəti olaraq dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Fəalın vəkili Rəna Kərimovanın sözlərinə görə, məhkəmə Movlayevin qaçqın statusu ilə bağlı qərar qəbul olunana qədər onun təhvil verilməsini dayandırmaq barədə qərar çıxarıb.
Qeyd edək ki, yanvarın sonunda Qazaxıstan prokurorluğu Rusiyanın Movlayevin ekstradisiyası ilə bağlı tələbini təsdiqləmişdi. Fəalın dəstək qrupu isə onun Rusiyaya qaytarılacağı təqdirdə yenidən işgəncələrə məruz qala biləcəyindən narahat olduqlarını bildirib.
16:35 25.02.2026
Oxunuş sayı: 770