Türkiyədə F-16 qəzaya uğradı, ölən var
Türkiyədə F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Balıkesir vilayətinin valisi İsmayıl Ustaoğlu faktı təsdiq edib və bildirib ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub.
Onun sözlərinə görə, qəza yerli vaxtla saat 00:50 radələrində təyyarə planlaşdırılmış missiyanı yerinə yetirərkən baş verib.
O, şəhid pilotun ailəsinə başsağlığı verib.
Türkiyə Müdafiə Nazirliyi də qırıcı təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hərbçilər axtarış-xilasetmə əməliyyatına başlayıb və təyyarənin qalıqlarını tapıblar.
Nazirlik bildirib ki, qəzanın səbəbini araşdırma komissiyası müəyyən edəcək.
09:44 25.02.2026
Oxunuş sayı: 644