Neftin qiyməti ucuzlaşdı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,03% azalaraq 1 barelə görə 72,07 ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,04% artaraq 1 barelə görə 68,33 ABŞ dolları olub.
05:37 06.12.2024
Oxunuş sayı: 6321