Vətəndaşlara xəbərdarlıq - Heç kəs evdən çölə çıxmasın
Meksikanın Puerto Vallerde şəhərində kartel qüvvələri ilə təhlükəsizlik orqanları arasında atışma baş verib. Atışma nəticəsində kartellər 4 polisi öldürüb.
Crossmedia.az xəbər verir ki, kartellər Meksikanın Xalisko şəhərində ticarət mərkəzini yandırıb.
Hazırda ən azı üç Meksika ştatı küçə döyüşləri ilə əhatə olunub. Daha beş ştatda vəziyyət gərginləşir.
Qeyd olunur ki, hazırda kartellər magistral yolları bağlayır və Milli Qvardiyaya hücum edir. Əsrlər boyu kölgədə fəaliyyət göstərməyə öyrəşmiş İtaliya mafiyasından fərqli olaraq, Meksika kartelləri uzun müddətdir ki, bir neçə ştatda tam siyasi və təhlükəsizlik nəzarəti qurmaq istəklərini gizlətmirlər.
Artıq ABŞ-Meksika sərhədi boyunca bir F-5 təyyarəsi və iki MH-60 xüsusi təyinatlı helikopteri uçuşlar həyata keçirir.
Kartellər həmçinin vətəndaşlara müraciət edib: "Evlərinizi tərk etməyin. Bu "çirkli hökumət" xaosa səbəb olacaq. Bizim yolumuza çıxan HƏR KƏSİ öldürmək əmrimiz var və heç kimə zərər vermək istəmirik. Evdə qalın".
Meksikada kartel liderinin öldürülməsi əməliyyatına CİA və Pentaqon köməklik göstərib.
Qeyd edək ki, Meksika təhlükəsizliklə əlaqədar olaraq dəniz limanlarını bağlayıb.
09:24 23.02.2026
Oxunuş sayı: 621