İran Rusiyadan “Verba” HHM sistemləri alır: 500 milyon avroluq müqavilə imzalandı
İran Rusiya ilə “Verba” daşınan hava hücumundan müdafiə sistemlərinin alınması üçün 500 milyon avro dəyərində müqavilə imzalayıb. Saziş 2027-ci ildən etibarən üç il ərzində 500 buraxılış qurğusu və 2500 9M336 raketinin tədarükünü nəzərdə tutur.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tehran xüsusilə kruiz raketləri və pilotsuz uçuş aparatları kimi aşağı hündürlükdə hərəkət edən hədəflərə qarşı müdafiə imkanlarını gücləndirməyi hədəfləyir. “Verba” sistemi 4,5 kilometrədək yüksəklikdə və 6 kilometrədək məsafədə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Analitiklər bildirirlər ki, bu addım İranın ötən il İsraillə qarşıdurmadan sonra hava hücumundan müdafiə sistemlərini yenidən qurmaq istiqamətində atdığı ən iddialı təşəbbüslərdən biridir.
23:30 22.02.2026
Oxunuş sayı: 480