ABŞ Məxfi Xidməti Trampın iqamətgahına daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdirib
ABŞ Məxfi Xidməti prezident Donald Trampın iqamətgahına daxil olmağa cəhd göstərən silahlı kişini güllələyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hadisənin hansı şəraitdə baş verdiyi və şəxsin hazırkı vəziyyəti barədə rəsmi açıqlama gözlənilir.
Bildirilir ki, araşdırma çərçivəsində həmin şəxsin keçmişi, hərəkət trayektoriyası və mümkün motivləri təhlil olunur. Eyni zamanda, təhlükəsizlik qüvvələrinin güc tətbiqinin əsaslı olub-olmaması da yoxlanılır.
Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatların istintaqın gedişinə uyğun olaraq açıqlanacağını bildiriblər.
23:03 22.02.2026
Oxunuş sayı: 552