Fransa ilə ABŞ arasında diplomatik qalmaqal: Paris Vaşinqtonun səfirini çağırdı
Fransada ultrasağ fəal Kventen Derankın qətli ilə bağlı açıqlamalar Parislə Vaşinqton arasında diplomatik gərginliyə səbəb olub. AFP-nin məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Barro vurğulayıb ki, Fransa faciənin siyasiləşdirilməsi cəhdlərini rədd edir və “beynəlxalq reaksion hərəkatlardan zorakılıq barədə dərs almaq niyyətində deyil”.
Bundan əvvəl Donald Tramp administrasiyası hadisəyə görə məsuliyyəti “zorakı radikal sol hərəkatın” üzərinə qoyub. ABŞ dövlət katibinin müavini Rodjer X platformasında yazıb ki, “əgər siz insanları fikirlərinə görə inandırmaq əvəzinə öldürməyi seçirsinizsə, sivilizasiyadan imtina etmisiniz”.
Qalmaqal ikitərəfli münasibətlər çərçivəsini də aşıb. İtaliyanın baş naziri Ciorcia Meloni qətli “bütün Avropa üçün yara” adlandırıb. Fransa prezidenti Emmanuel Makron isə buna sərt reaksiya verərək Romanı ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.
22:46 22.02.2026
Oxunuş sayı: 546