ABŞ İrandan 48 saat ərzində nüvə təklifi gözləyir
ABŞ administrasiyası Tehrandan növbəti 48 saat ərzində ətraflı nüvə sazişi təklifi alacağı təqdirdə, cümə günü Cenevrədə İranla yeni danışıqlar raundu keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
ABŞ-ın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, İran layihə təklifi təqdim edərsə, Vaşinqton Cenevrədə ətraflı müzakirələrə başlamağa və mümkün razılaşma perspektivini dəyərləndirməyə hazırdır.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın danışıqlar üzrə nümayəndələri Stiv Vitkoff və Cared Kuşner daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçiyə Vaşinqtonun mövqeyinin İranda uranın sıfır zənginləşdirilməsi olduğunu çatdırıblar.
Bununla belə, əgər Tehran təqdim edəcəyi planla nüvə silahına aparan hər hansı yolu tam şəkildə bağladığını sübut edə bilsə, ABŞ “simvolik zənginləşdirməyə” icazə verən variantı nəzərdən keçirməyə hazır olduğunu bildirib.
22:19 22.02.2026
Oxunuş sayı: 521