Pakistan ordusu Əfqanıstan sərhədində hava zərbələri endirib
Pakistan ordusunun Əfqanıstan sərhədinə yaxın bəzi ərazilərə hava zərbələri endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi hücumların məktəblər və mülki yaşayış məntəqələrini hədəf aldığını iddia edib. Nazirliyin məlumatına görə, zərbələr nəticəsində onlarla insan həyatını itirib.
Pakistanın İnformasiya Nazirliyi isə əməliyyatların Pakistan Talibanı və onunla əlaqəli silahlı qruplara qarşı yönəldiyini açıqlayıb.
Məlumata əsasən, Pakistanın daxili işlər naziri Talal Çaudhri sərhəd boyunca terrorçu hədəflərə endirilən zərbələr nəticəsində təxminən 70 silahlı şəxsin zərərsizləşdirildiyini bildirib.
Qeyd olunur ki, hadisə ilə bağlı tərəflərin açıqlamaları fərqlidir və vəziyyətin detalları üzrə məlumatlar dəqiqləşdirilir.
21:12 22.02.2026
Oxunuş sayı: 587