İrana qarşı ittifaq yaradıldı
Bir neçə ay əvvəl Bəlucistan əyaləti ərazisində fəaliyyət göstərən silahlı qrupların vahid bayraq altında birləşməsi fonunda, beş kürd silahlı təşkilatının da İrana qarşı mübarizə məqsədilə yeni ittifaq yaratdığı bildirilib.
Crossmedia.az xəbər verir ki, PJAK, Komala, PAK, PDKI və Xabat “İran Kürdüstanı Siyasi Qüvvələrinin Alyansı” adlı birlik yaratdıqlarını elan ediblər.
Qeyd olunur ki, yeni ittifaqın məqsədi siyasi və hərbi fəaliyyətlərin koordinasiyası, həmçinin ortaq strategiyanın formalaşdırılmasıdır. Təşkilatların bu addımının regionda təhlükəsizlik və siyasi proseslərə mümkün təsirləri ilə bağlı müzakirələrin davam etdiyi bildirilir.
20:45 22.02.2026
Oxunuş sayı: 602