Təbrizdə Ana Dili Günü münasibətilə türk dilində kitablar paylanılıb
İranda yerləşən Təbriz şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə ictimai təşəbbüs çərçivəsində türk dilində kitablar paylanılıb.
Crossmedia.az xəbər verir ki, son illərdə ənənə halını alan bu aksiya hər il Beynəlxalq Ana Dili Günü ilə eyni tarixə təsadüf edir. Təşkil olunan tədbir yalnız Təbrizlə məhdudlaşmır. Əvvəlki illərdə müxtəlif təşəbbüs və formatlarda Güney Azərbaycan bölgəsinin digər şəhərlərində də oxşar aksiyalar keçirilib.
Təşəbbüsün əsas məqsədinin ana dilində kitabların təşviqi, oxu mədəniyyətinin artırılması və dil dəyərlərinə diqqətin gücləndirilməsi olduğu bildirilir.
20:27 22.02.2026
Oxunuş sayı: 434