Ukrayna Macarıstan üçün vacib deyil
Macarıstan prezidenti Viktor Orhan iddia edib ki, Ukrayna müharibənin dayanmasını istəmir, çünki müharibə bitsə, xarici maliyyə dəstəyi azala bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Orban bildirib ki, Macarıstan, eləcə də Çexiya və Slovakiya “sağlam düşüncə” mövqeyini qoruyur və başqa bir ölkənin müharibəsinə milyardlarla avro göndərərək öz vətəndaşlarının gələcəyini riskə atmaq istəmir.
Xatırladaq ki, bundan bir gün əvvəl Orban Ukraynanı xəbərdar etmişdi: əgər Ukrayna Rusiya neftinin tranzitini bərpa etməsə, Macarıstan elektrik enerjisi ixracını dayandıra bilər. Bu məsələ enerji təhlükəsizliyi və Avropa İttifaqı daxilindəki siyasi gərginlik kontekstində müzakirə olunur.
Turqut Ansari
17:56 22.02.2026
Oxunuş sayı: 898