Tramp administrasiyası İrana müdaxilə üçün qərar verib
Tramp administrasiyasının İrana hərbi müdaxilə ilə bağlı qərarı artıq qəbul olunub və müdaxilənin fevralın 23-ü və ya 24-ü başlaya biləcəyi bildirilir.
Crossmedia.az "Bild"-ə istinadən xəbər verir ki, ABŞ hökuməti İranda əməliyyatın zəruriliyi məsələsində iki qrupa bölünüb. Dövlət katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsi hücumu dəstəkləyir.
Vitse-prezident C.D. Vens və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard isə İrana hərbi müdaxiləyə qarşı çıxırlar.
17:28 22.02.2026
Oxunuş sayı: 569