Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyasını bloklayacaq
Macarıstan Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəkləməyəcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Onun sözlərinə görə, bloklama Ukrayna “Drujba” neft kəməri ilə neft tranzitini bərpa edənədək qüvvədə qalacaq.
Nazir vurğulayıb ki, Budapeşt enerji təhlükəsizliyi məsələsini prioritet hesab edir və tranzit bərpa olunmadan yeni sanksiya paketinə razılıq verilməyəcək.
17:33 22.02.2026
Oxunuş sayı: 670