Kral III Çarlz Endryu ilə bağlı sənədlərə çıxış imkanı verib
Böyük Britaniya kralı III Çarlz qardaşı Şahzadə Endryunun fəaliyyəti ilə bağlı bütün sənəd və yazışmaların hüquq-mühafizə orqanlarına təqdim olunmasına razılıq verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət şahzadə Endryunun Böyük Britaniyanın ticarət üzrə xüsusi nümayəndəsi kimi çalışdığı dövrə aid sənədlərdən, elektron məktublardan və hökumət fayllarından gedir.
Məlumata görə, kral istintaq orqanlarına tam şəffaflıq təmin etmək məqsədilə müvafiq materiallara çıxış imkanı yaradıb. Qeyd olunur ki, bu addım araşdırmaların obyektiv və hərtərəfli aparılmasına şərait yaratmaq məqsədi daşıyır.
17:02 22.02.2026
Oxunuş sayı: 566