Tarixi izlər silinir?- İrəvandan mübahisəli addım
Ermənistan Təhsil Nazirliyi Qarabağda döyüşən və həlak olan erməni separatçılarının xatirəsini yad edən məktəblərdəki xatirə lövhələrinin yığışdırılması barədə əmr verib.
Crossmedia.az "Hraparak" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bu prosesin həyata keçirilməsi məsuliyyəti regional qubernatorlara həvalə edilib.
Məlumata görə, xüsusilə Armavir və Araqatsotn vilayətlərinin qubernatorları fəaldırlar.
13:35 22.02.2026
Oxunuş sayı: 728