Rusiya hücumları: Sumı və Zaporojye vilayətlərində itkilər
Rusiya qüvvələrinin hücumu nəticəsində Sumı vilayəti və Zaporojye vilayəti ərazilərində itkilər qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Sumı vilayətinə edilən hücum zamanı bir azyaşlı olmaqla ümumilikdə dörd mülki şəxs həlak olub. Məlumata görə, Trostyanets şəhərində yerləşən və Mondelez International-a məxsus şirniyyat fabrikinə də zərbə endirilib. Həmin şirkət Milka və Oreo məhsullarının istehsalçısı kimi tanınır.
Zaporojye vilayətində isə Rusiya atəşi nəticəsində daha iki mülki şəxsin öldüyü bildirilir. Hər iki bölgədə hücumların nəticələrinin araşdırıldığı qeyd olunub.
13:10 22.02.2026
Oxunuş sayı: 771