Ermənistana gedən yük maşınları Gürcüstanda saxlanılıb
Ermənistana məxsus yük maşınlarının Gürcüstan ərazisində saxlanıldığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, fevralın 12-dən etibarən Rusiyadan taxta məhsulları daşıyan təxminən 100 yük avtomobili Gürcüstanda gözləmədədir.
Sürücülər sənədlərinin müsadirə edildiyini iddia edir və tətbiq olunan məhdudiyyətlərin səbəbləri ilə bağlı onlara rəsmi izahat verilmədiyini bildirirlər.
12:01 22.02.2026
Oxunuş sayı: 520