Hizbullah hücuma hazırlaşır
Hizbullah son günlər hərbi aktivliyini artırıb.
Crossmedia.az xəbər verir ki, İsrail hərbi kəşfiyyatı Aman qeyri-adi raket hərəkətlərini müşahidə edib və bu, təhlükəsizlik qurumlarında narahatlıq doğurub. İsrail qiymətləndirmələri göstərir ki, ABŞ İrana hücum edərsə, Hizbullah İsrailə raket atmağa hazırlaşa bilər. İran onlara müxtəlif növ dron və ballistik raketlər ötürüb. Hizbullah son illər sakitcə özünün raket gücünü, quru gücünü bərpa edir. Yeni HHM yerləşdirir, idarə heyətini dəyişir, komandanlığı yeniləyir.
Rəsmilər hesab edirlər ki, Hizbullah yenidən İsrail üçün təhdidə çevrilir və bu cür hücumlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu və bölgədəki müttəfiq şiə milisləri, o cümlədən İraqdakı qruplar və Yəməndəki Husilər ilə əlaqələndirilə bilər.
Təhlükəsizlik mənbələri İsrailin "çoxsektorlu kampaniya" ehtimalına hazırlaşdığını bildirirlər.ABŞ-ın İrana potensial hücumu ilə əlaqəli fövqəladə planlama, İranın dəstəklədiyi regional milislər tərəfindən İsrailə raket atəşi və pilotsuz təyyarə hücumları riskini də əhatə edir. Hizbullah isə öz gücünün böyük qismini bərpa edib.
11:10 22.02.2026
Oxunuş sayı: 511