Pezeşkian: İran nüvə danışıqlarında xarici təzyiqə təslim olmayacaq
İran nüvə danışıqlarında xarici təzyiqə təslim olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
O, ölkəsinin ABŞ ilə nüvə danışıqları zamanı dünya güclərinin təzyiqinə "baş əyməyəcək".
"Dünya gücləri bizi baş əyməyə məcbur etmək üçün növbəyə dururlar... amma bizim üçün yaratdığı bütün problemlərə baxmayaraq, biz baş əyməyəcəyik",- Pezeşkian deyib.
Çətinlikləri etiraf edən prezident İran xalqını "fikir ayrılıqlarını kənara qoyub bir olmağa" və milli birliyə çağırıb.
10:37 22.02.2026
Oxunuş sayı: 527