Finlandiyadan şok iddia - Hələ də danışıqlar mümkündür
Finlandiyanın xarici işlər naziri Elina Valtonen Finlandiyanın Rusiya ilə arasında dialoqun hələ də mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o bu barədə Yle televiziya və radio yayımçısına verdiyi müsahibədə qeyd edib.
"Əlbəttə ki, müəyyən bir məqamda... Lakin bu dialoq vasitəsilə nəyə nail olmaq istədiyimiz barədə razılığa gəlməli və məsuliyyətləri müəyyən etməliyik", - Valtonen Moskva ilə dialoqun gələcəkdə də mümkün olub-olmadığı sualına cavab olaraq bildirib.
Finlandiyanın yüksək vəzifəli diplomatı Avropanın sülh prosesində daha əhəmiyyətli rol oynamalı olduğuna inandığını bildirib.
10:00 22.02.2026
Oxunuş sayı: 494