Almaniyadan ABŞ-yə - ŞOK İDDİA
ABŞ "Şimal Axını" boru kəmərlərinin işinin potensial bərpasında əsas rol oynaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" qəzeti qeyd edib.
Qəzetin məlumatına görə, Vaşinqton ABŞ-ın regiondakı enerji infrastrukturu üzərində nəzarətini genişləndirmək ümidi ilə Rusiya təbii qazını yenidən Avropaya tədarük etməyə başlaya bilər. "Alman" qəzeti bildirir ki, ictimaiyyət və media üçün qapalı olan danışıqlar "Şimal Axını" boru kəmərlərinin işinin bərpası ilə bağlı iddialara görə davam edir.
09:45 22.02.2026
Oxunuş sayı: 514