Hərbi sürpriz: Somali JF-17-lərlə hava gücünü artırmağa hazırlaşır
Somalinin Pakistanla "JF-17" döyüş təyyarələrinin tədarükü ilə bağlı danışıqlar apardığı bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, söhbət Pakistanın istehsalı olan və bir sıra ölkələrin silahlı qüvvələrinin arsenalında yer alan "JF-17 Thunder" çoxməqsədli qırıcılarından gedir.
Təyyarə hava hücumundan müdafiə, yerüstü hədəflərə zərbələr və kəşfiyyat missiyaları üçün nəzərdə tutulub.
Danışıqların hansı mərhələdə olduğu və mümkün müqavilənin detalları barədə əlavə məlumat açıqlanmayıb.
19:30 21.02.2026
Oxunuş sayı: 1709