Kiyev üçün kritik tarix – Slovakiya düyməni basa bilər
Kiyev ölkəyə neft tədarükünü bərpa etməsə, Slovakiya 23 fevral tarixindən etibarən Ukraynaya elektrik enerjisinin verilməsini dayandıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso deyib.
Onun sözlərinə görə, enerji məsələsi iki ölkə arasında iqtisadi münasibətlərin mühüm hissəsidir və neft tədarükünün bərpası vacib şərtdir.
Rəsmi Kiyev isə hələlik Slovakiyanın bu bəyanatına münasibət bildirməyib.
18:50 21.02.2026
Oxunuş sayı: 738