ABŞ-dən İrana sərt siqnal
ABŞ-nin ən böyük və ən müasir təyyarə gəmisi olan "USS Gerald R. Ford" Cəbəllütariq boğazından keçərək Aralıq dənizinə daxil olub.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, “Visegrad 24” məlumat yayıb.
Bu addım ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı yayılan şayiələr fonunda diqqət çəkib.
"USS Gerald R. Ford" ABŞ Hərbi Dəniz Qüvvələrinin ən inkişaf etmiş və ən böyük təyyarə gəmisidir. Onun bölgədə yerləşdirilməsi Vaşinqtonun hava və dəniz əməliyyatları imkanlarını artırır.
18:09 21.02.2026
Oxunuş sayı: 574