Cenevrə, 21 fevral – İran ABŞ-nin raket proqramı ilə bağlı təklifini nəzərdən keçirməyib.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. İranın xarici işlər naziri Abbas Əraqçı Oman vasitəçiləri tərəfindən təqdim olunan təklifi açmaqdan imtina edib.
Bir ABŞ rəsmisi isə bildirib ki, Tehran yaxın günlərdə Vaşinqtona öz şərtlərini əks etdirən yazılı təklif göndərməyi planlaşdırır.
Mənbələrin məlumatına görə, Cenevrədə keçirilən görüşlər çıxılmaz vəziyyətə düşüb və tərəflər arasında əsas fikir ayrılıqları aradan qaldırılmayıb.
Fars körfəzi ölkələri ABŞ və İran arasında mümkün hərbi qarşıdurmaya hazırlaşır.