Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər son regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıblar.
Məlumata görə, söhbət zamanı Tehran və Vaşinqton arasında davam edən dolayı danışıqlar da müzakirə mövzusu olub. Nazirlər regional əməkdaşlıq çərçivəsində diplomatik prosesin irəliləməsi üçün məsləhətləşmələrin və qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı ABŞ və İran arasındakı gərginlik fonunda, eləcə də Fars körfəzi ölkələrinin iki ölkə arasında mümkün hərbi qarşıdurmaya hazırlaşdığı barədə məlumatlar əsasında baş tutub. Məlumat Əraqçının rəsmi “Telegram” kanalı vasitəsilə yayımlanıb.