İran prezidentindən sərt sual: 400 milyard dollarlıq sərmayəni görən var?
"Tehran ilə Çin arasında imzalanmış 25 illik, 400 milyard dollarlıq sərmayənin nəticələri İran xalqı tərəfindən görünmür",
Crossmedia.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Pezeşkian qeyd edib ki, ölkədə iqtisadi inkişaf gözlənildiyi kimi həyata keçirilməyib:
“Çin Afrikada böyük infrastruktur layihələri icra edir, amma İranda bir dəmiryol çəkilişinə belə sərmayə qoyulmayıb. Yarım trilyona yaxın elan edilmiş sərmayənin hara getdiyini və niyə gəlmədiyini öyrənmək istəyirik.”
O, həmçinin vurğulayıb ki, bu sual həm də ritorik xarakter daşıyır.
14:28 21.02.2026
Oxunuş sayı: 598