ABŞ İordaniyada 60-dan çox hərbi təyyarə yerləşdirib
Vyana, 21 fevral – ABŞ İordaniyadakı Müvəffəq Salti Hava Bazasına 60-dan çox hərbi təyyarə göndərib. Bu, bazada adətən yerləşən təyyarələrin sayından üç dəfə çoxdur.
Crossmedia.az bu barədə "The New York Times" ə istinadən xəbər verir ki, bazaya bazar günündən bəri ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Avadanlıqlar arasında F-35 qırıcıları, dronlar və helikopterlər də var.
Qəzet qeyd edir ki, bu hərbi quruculuq ABŞ-ın bazanı İrana qarşı mümkün hücumların planlaşdırılması üçün əsas mərkəz kimi istifadə edə biləcəyini göstərir.
Bundan əvvəl Ayman əs-Səfadi İordaniyanın İrana qarşı hərbi əməliyyatlar üçün tramplin olmayacağını açıqlamışdı.
14:13 21.02.2026
Oxunuş sayı: 675