SON DƏQİQƏ: Əməliyyat keçirildi – 350-yə yaxın saxlanılan var
Türkiyədə cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, son bir həftə ərzində 28 vilayəti əhatə edən əməliyyatlar keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Əməliyyatlar nəticəsində 350 şübhəli şəxs saxlanılıb.
Belə ki, bu çərçivədə onlayn dələduzluq, qanunsuz mərc oyunları, uşaq istismarı məzmunlarının yayılması, cinayətkar qruplaşmaların yaradılması və onlara üzvlük, eləcə də cinayət yolu ilə əldə olunan vəsaitlərin yuyulması faktları üzrə araşdırmalar aparılıb.
Məlumata görə, saxlanılanlardan 140 nəfər həbs edilib, 52 nəfər barəsində adli nəzarət tədbiri seçilib, digərləri ilə bağlı istintaq prosesləri davam edir.
Əməliyyat zamanı silah-sursat, narkotik maddələr, nağd pul və çoxsaylı rəqəmsal materiallar aşkarlanıb. Eyni zamanda, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan təxminən 300 milyon lirə dəyərində aktivlərə - 2 şirkətə, 10 daşınmaza, 18 avtomobilə, 1 motosikletə və bank hesablarına həbs qoyulub.
Rəsmi açıqlamada vurğulanıb ki, Türkiyə hüquq-mühafizə orqanları vətəndaşların rəqəmsal təhlükəsizliyinin qorunması və cinayət gəlirlərinin aradan qaldırılması istiqamətində mübarizəni qətiyyətlə davam etdirəcək.
Fatimə Məmmədova
12:43 21.02.2026
Oxunuş sayı: 529