TƏCİLİ: Bu ölkə də vətəndaşlarını İranı tərk etməyə çağırdı
İsveç hökuməti öz vətəndaşlarına İran ərazisini tərk etməklə bağlı çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi qurumlar bölgədə artan gərginlik və təhlükəsizlik risklərini əsas gətirərək, İsveç vətəndaşlarına İrana səfərdən çəkinməyi və hazırda ölkədə olanlara mümkün qədər tez oranı tərk etməyi tövsiyə ediblər.
Bildirilib ki, vəziyyətin inkişafından asılı olaraq əlavə tədbirlər görülə bilər. İsveç XİN vətəndaşlara yerli təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və rəsmi məlumatları izləməyi məsləhət görüb.
11:35 21.02.2026
Oxunuş sayı: 507