İran millət vəkili: Dərman ehtiyatımız tükənir
Altı aylıq dərman ehtiyatı yaratmaq barədə qanuni tələbə baxmayaraq, ölkənin böhran vəziyyətlərində hazırkı ehtiyatının təxminən bir-iki aya çatacağı təxmin edilir.
Crossmedia.az xəbər verir ki, bunu İran parlamentin Səhiyyə Komissiyasının Dərman Komitəsinin rəhbəri Humayun Sameyeh deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin böhran dövrləri üçün altı aylıq dərman ehtiyatı yaratmaq məcburiyyətindədir.
Ancaq bu qanuni öhdəlik tam yerinə yetirilməyib və mövcud ehtiyatlar bir-iki aydan çox müddətə kifayət etməyəcək.
21:55 20.02.2026
Oxunuş sayı: 543