Türkiyə Ermənistanı Azərbaycanla eyni enerji masasına dəvət etdi
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Səudiyyə Ərəbistanında günəş elektrik stansiyası layihələrinin imzalanması mərasimində Ermənistanı Azərbaycanla birgə layihələrə qoşulmağa dəvət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bayraktar bildirib ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstanla birlikdə “yaşıl dəhliz” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Naxçıvanda bərpa olunan enerji mənbələrindən hasil edilən elektrik enerjisinin Türkiyə və Avropaya ixracı nəzərdə tutulur və bununla bağlı ilkin sazişlər artıq imzalanıb.
Nazir əlavə edib ki, Ermənistan bu layihədə iştirak edə bilər və enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Bayraktar ümidvar olduğunu bildirib ki, bu proses bütün tərəflərə fayda verəcək şəkildə inkişaf edəcək.
18:45 20.02.2026
Oxunuş sayı: 559