Belarusda kütləvi hərbi toplanış: Qərb sərhədində aktivlik
Belarusda kişilərin hərbi təlimlərə cəlb olunması prosesi başlayıb. Xüsusilə ölkənin qərb bölgələrində kütləvi çağırışların həyata keçirildiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Rəsmi qurumlar prosesi döyüş hazırlığının yoxlanılması və “Qərbdən gələn aqressiv ritorikaya” cavab kimi izah ediblər.
Məlumata görə, sosial şəbəkələrin Belarus seqmentində təşviş müşahidə olunur. Xüsusilə keçmiş hərbçilər və zabitlər yenidən orduya çağırılıb. 18 yaşdan yuxarı gənclər, eləcə də ehtiyatda olan orta yaşlı şəxslər də hərbi təlimlərə cəlb edilib.
Bundan əlavə, hərbi xidmət müddəti başa çatan bəzi şəxslərin xidmət müddətinin uzadıldığı barədə məlumatlar yayılıb.
17:37 20.02.2026
Oxunuş sayı: 700