Hindistan Rusiya xam neftindən asılılığını azaldır
Hindistan Səudiyyə Ərəbistanı neftinin alışını artırır və Rusiya xam neftindən asılılığını azaldır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunub ki, fevral ayında Səudiyyə Ərəbistanının tədarükü gündə 1-1,1 milyon barelə qədər arta bilər ki, bu da 2019-cu ildən bəri ən yüksək göstəricidir: "Bu həcmlər, demək olar ki, Ukraynada tammiqyaslı müharibənin başlamasından sonra artan, lakin hazırda azalan Rusiya tədarükünə bərabərdir.
Analitiklərin fikrincə, Rusiya fevral ayında ən böyük təchizatçı olaraq qala bilər (gündə 1,2 milyon barelə qədər), lakin mart-aprel aylarına qədər Rusiya neft idxalının 800.000 ilə 1 milyon barelə qədər azalacağı gözlənilir. ABŞ-nin təzyiqi və tamamilə Rusiya xam neftindən asılı olan Nayara Energy neft emalı zavodunun mümkün bağlanması bu azalmanı sürətləndirə bilər.
2022-ci ildən sonra Hindistan endirimli Rusiya neftinin əsas alıcılarından birinə çevrilib (pik həddə, gündə 2 milyon barelə qədər). Agentlik qeyd edir ki, Hindistan bazarının itirilməsi Avropanı itirdikdən sonra Rusiyanın mövqeyini zəiflədir, Səudiyyə Ərəbistanı isə dünyanın ən sürətlə böyüyən neft bazarlarından birində təsirini bərpa edir.
17:11 20.02.2026
Oxunuş sayı: 646