İsrail: İran 2027-yə qədər 5 min ballistik raketə çata bilər
İsrail İranın raket proqramı ilə bağlı yeni qiymətləndirmə açıqlayıb.
Crossmedia.az bu barədə İsrailin “Ynet” nəşrinə istinadən xəbər verir. Məlumata görə, ABŞ rəsmiləri ilə keçirilən qapalı məsləhətləşmələr zamanı İsrail hərbi dairələri İranın 2027-ci ilin sonuna qədər ən azı 5000 ballistik raketə sahib ola biləcəyini bildirib.
Qeyd olunur ki, son 12 günlük müharibə zamanı həyata keçirilən bir sıra çəkindirici əməliyyatlar olmasaydı, bu rəqəm onilliyin sonuna qədər 8000-ə yaxınlaşa bilərdi.
Mənbənin yazdığına görə, İranın hazırkı istehsal tempi ayda təxminən 100 ballistik raket təşkil edir və bu göstəricinin artacağı gözlənilir.
Nəşr qeyd edir ki, Tehran ən müasir raketdən müdafiə sistemlərinin belə genişmiqyaslı və uzunmüddətli hücumları tam şəkildə dəf etmək imkanlarının məhdud olduğunu nəzərə alaraq, əsasən miqyas üstünlüyünə arxalanır.
Hazırda ABŞ–İran arasında nüvə danışıqları davam edir.
16:50 20.02.2026
Oxunuş sayı: 491