Rusiyanın Çinə neft ixracı sutkada 2,09 milyon barrelə çatıb
Rusiyanın Çinə gündəlik neft ixracı 2,09 milyon barrelə yüksəlib. Məlumata görə, Hindistanın idxalı dayandırdığı həcmlər sürətlə Çin tərəfindən alınır və bu, Rusiya neft ixracında mümkün azalmanın qarşısını alır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, artan tədarüklər Pekinə həm enerji təminatını gücləndirmək, həm də strateji neft ehtiyatlarını artırmaq imkanı yaradır.
14:30 20.02.2026
Oxunuş sayı: 707