İran mümkün hücuma hazırlaşır
İran hərbi komandanlığı mümkün hərbi qarşıdurmanın ilk mərhələsinə xüsusi hazırlıq planı üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, Tehran rəhbərliyi hesab edir ki, hücumların ilk üç günü həlledici olacaq. İran komandanlığı düşünür ki, bu müddətdə sistemin şoka düşməsinin qarşısı alınsa və hücumlara tab gətirilsə, sonrakı mərhələlərdə vəziyyəti idarə etmək daha asan olacaq.
Bildirilir ki, mümkün qarşıdurma zamanı əsas hədəflərdən biri ABŞ-nin aviadaşıyan gəmiləri olacaq. Lakin İran tərəfi anlayır ki, belə bir hərbi hədəfi sıradan çıxarmaq üçün hipersəs (hipersonik) raketlərlə davamlı və yüksək dəqiqlikli zərbələr endirmək tələb olunur.
Məlumatda qeyd olunur ki, İran komandanlığı ilkin mərhələdə hava və raket hücumlarının intensivliyinə qarşı dayanıqlılığın qorunmasını prioritet hesab edir.
13:46 20.02.2026
Oxunuş sayı: 532