Sarı dənizdə qarşıdurma: ABŞ və Çin qırıcıları havaya qalxdı
Bu həftə ABŞ və Çin qırıcı təyyarələri Koreya yarımadası yaxınlığında, Sarı dəniz üzərində beynəlxalq hava məkanında qısa müddətli qarşıdurma yaşayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. ABŞ-ın Koreyadakı qüvvələrinə məxsus təxminən 10 F-16 qırıcısı Sarı dəniz üzərində Çin Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ) yaxınlığında uçuş həyata keçirib.
Pekin tərəfi ABŞ təyyarələrinin ADIZ-ə yaxınlaşması ilə bağlı cavab olaraq öz qırıcılarını havaya qaldırıb. Hadisə heç bir insident olmadan başa çatıb və tərəflər mövqelərini saxlayıb.
13:37 20.02.2026
Oxunuş sayı: 780