HƏMAS ABŞ-dakı Sülh Şurası iclasına sərt reaksiya verib
İslam Müqavimət Hərəkatı (HƏMAS) ABŞ-da keçirilən Qəzza zolağı ilə bağlı Sülh Şurası iclasına münasibət bildirib. Hərəkat vurğulayıb ki, müzakirə edilən hər hansı siyasi yol və ya tənzimləmə işğalın tam dayandırılması, mühasirənin aradan qaldırılması və Fələstin xalqının qanuni milli hüquqlarının təmin edilməsi ilə başlamalıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət və iclasa qatılan tərəflər humanitar yardımı məhdudiyyətsiz təmin etməli, işğala son qoymalı və Qəzzanın yenidənqurma işlərinə dərhal başlamalıdır.
HƏMAS həmçinin davamlı atəşkəs və sabitliyin təmin edilməsi üçün beynəlxalq tərəfləri məsuliyyətli olmağa çağırıb. Hərəkatın fikrincə, Qəzzada əsl sabitlik yalnız işğalın dayandırılması və Fələstin xalqının hərtərəfli hüquqlarının tanınması ilə mümkündür.
12:51 20.02.2026
Oxunuş sayı: 578